211
12:51
06 Noyabr 2020

Millimizin hücumçusu Türkiyə klubu ilə müqavilə bağladı

Azərbaycan milli komandasının voleybolçusu Anastasiya Qurbanova özünə yeni komanda tapıb.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək

O, 1-ci liqa təmsilçisi “Adam” ilə danışıqları müsbət yekunlaşdırıb. İndiyədək Rusiya, Fransa və Tunisdə legioner həyatı yaşayan Qurbanova yeni klubu ilə 1 mövsümlük müqavilə imzalayıb.

Qeyd edək ki, ölkəsinin 1-ci liqasının B qrupunda mübarizə aparan “Adam” 4 turda 2 oyun keçirib. Hər iki görüşdə 3:0 hesabı ilə qalib gələn komanda 6 xalla 11 klub arasında 3-cü pillədə qərarlaşıb. Onları 4 oyun keçirən “Bolu Bələdiyyəsi”ndən 4 xal ayırır.

Dİgər xəbərlər