23
10:57
06 Noyabr 2020

Kubalı tibb işçiləri Azərbaycana gəlir: koronavirusla mübarizə üçün

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dəstək üçün 118 kubalı tibb işçisi Azərbaycana yola düşüb.

APA-nın “Prensa Latina” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan 48-i həkim-mütəxəssis, 70-i isə tibb bacısı və qardaşıdır.

Tibb işçiləri Azərbaycanda koronaviruslu xəstələrin müalicəsində Kubanın təcrübəsini bölüşəcəklər.

Qeyd edək ki, bundan əvvəl Kubadan olan bir qrup tibb işçisi COVID-19-la mübarizədə dəstək üçün Azərbaycanda olub.

Dİgər xəbərlər