46
18:49
04 Noyabr 2020

Prezidentin köməkçisi TF1 telekanalına qarşı erməni lobbisinin təhdidlərini pislədi

“TF1 telekanalına qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib

“Azərbaycanlı mülki şəxslərinin təhlükəli vəziyyətdə yaşadıqlarını və Ermənistanla Azərbaycan arasında davam edən müharibəni işıqlandıraraq vəzifələrini peşəkarlıqla görən TF1 və onun müxbiri Liseron Boudoula qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik”, - Prezidentin köməkçisi vurğulayıb.

Dİgər xəbərlər