88
12:55
02 Noyabr 2020

Dayı bacısı oğlunu güllələdi

Noyabrın 1-də Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində şəhər sakini E.Mahmudov pnevmatik idman tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən bacısı oğlu M.Bəkirov qarın nahiyəsindən xəsarət alıb.

DİN mətbuat xidmətindən Lent.az -a daxil olan xəbərə görə, xəstəxanaya yerləşdirilən M.Bəkirovun vəziyyəti qənaətbəxşdir.

Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mahmudov saxlanılıb, hadisə yerindən “Kral” markalı pnevmatik tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər