62
11:01
02 Noyabr 2020

İzmirdə dağılan binanın istefa verən komendantı danışdı - VİDEO

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində binanın dağılması haqqında araşdırmalar davam edir.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, son olaraq, Bayraqlı qəsəbəsində bələdiyyə tərəfindən “çürük” olması ilə bağlı sənəd verilən binanın keçmiş komendantı Mina Serin sakinlər arasındakı anlaşılmazlıq səbəbindən vəzifəsindən istefa verdiyini açıqlayıb.

Məlumata görə, M.Serin, “Sənəddə binanın yerləşdiyi ərazidə 3-cü dərəcəli rütubətlilik olduğu deyilib. Bu binanı boşaldın və aidiyyatı qurumlara müraciət edin sözləri də sənəddə vardı. Mən də mövzu ilə bağlı təkrar toplantı qurdum. Toplantıya birinci mərtəbədə yaşayan sakinin mövzudan məlumatlı olan tanışı da gəlmişdi. Ancaq bizə mənfəətimiz olduğunu deyərək şər atdı. Mənə olan təsirlər nəticəsində vəzifəmi tərk etdim. Bina sakinləri rütubətliliyi qəbul etməyərək, bunun hər yerdə olduğunu dedilər”.

Dİgər xəbərlər