120
09:18
02 Noyabr 2020

Telefonu çörəyin içində gizlədib türməyə keçirmək istədi

2 saylı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29 və 120.1-ci maddələrinə əsasən təqsirli bilinərək 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Mustafayev Fazil Eldar oğluna qardaşı Gəncə şəhər sakini Mustafayev Eyyub Eldar oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər