Pako Alkaser “Qarabağ”la oyunda Reşfordun rekordunu təkrarladı
30 oktyabr 2020 12:39 (UTC +04:00)

Pako Alkaser “Qarabağ”la oyunda Reşfordun rekordunu təkrarladı

İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Pako Alkaser cari mövsüm oyuna sonradan daxil olduğu matçlarda vurulan qolların sayını 4-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, hücumçu bununla da “Böyük beşlik” liqaları üçün rekorduna şərik olub.

Avropa Liqasının ilk turunda “Sivasspor”, dünən isə “Qarabağ”la görüşdə dublları sıralayan Alkaser Markus Reşfordun göstəricisini təkrarlayıb. “Mançester Yunayted”in oyunçusu da cari mövsüm əvəzetmələrdən sonra 4 qola sevinib.
 
Qeyd edək ki, Alkaser cari mövsüm orta hesabla hər 9 dəqiqə 15 saniyəyə bir qol vurur.

# 811
avatar

Oxşar yazılar