Putindən Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin iştirakı ilə bağlı AÇIQLAMA
29 oktyabr 2020 18:03 (UTC +04:00)

Putindən Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin iştirakı ilə bağlı AÇIQLAMA

“İlk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən deyib.

“Minsk qrupu və həmsədrlər tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin - Türkiyə və bəzi Avropa ölkələri daxil olmaqla orada çox ölkə var - iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”, - Rusiya lideri vurğulayıb.

# 787
avatar

Oxşar yazılar