Avtomatlı keşişlər: Onlar müqəddəs xaçdan belə öz niyyətləri üçün istifadə edirlər
27 oktyabr 2020 16:51 (UTC +04:00)

Avtomatlı keşişlər: Onlar müqəddəs xaçdan belə öz niyyətləri üçün istifadə edirlər

Dünya ermənilərinin katolikosu II Qaregin öz xalqını müharibəyə səsləyib. O, erməni xalqına müraciət edərək, insanları müharibəyə qoşulmağa səsləyib.

Əslində katalikos Feysbuk səhifəsində erməi gənclərini müharibəyə çağırararq ölümə göndərməsi dünyada bütün dünya qaydalarının pozulmasıdır. Heç kimə sirr deyl ki, bütün dinlərin mahiyyyətinə, qaysəinə sülh və əmin-amanlıq, necə deyərlər, qırmızı xətlə keçir. Erməni gənclərini əllərində avtomat  mühraibəyə çağıran , erməni keşişləri ən azı öz dinlərinə hörmət etməliydilər. Müqəddəs xaçdan müharibə simovolu kimi stifadə etmək ən azı öz dininə hörmətsizlikdi. Bir daha sübut olunur ki, məhz erməni kilsəsi  terroru, təcavüzü, separatçlığ özünün başlıca proqramı sayır.

Bütün ermənilərin katalikosu II Qareginin erməniləri Azərbaycana qarşı müharibəyə səsləməsi, bir daha qeyd etdiyimiz kimi bütün dini qaydaların pozulması, kilsə qanunları çərçivəsinə sığmayan bir addımdır.

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin dediyinə görə, dinindən asılı olmayaraq, heç bir din xadimi insanları müharibəyə çağırmamalıdır, bu, bütün dini qaydalara ziddir:

“Xiristian dininin 10 əsaslarından biri də odur ki, “öldürmə”. Ancaq II Qaregin Xristian dininin bu əsaslarını pozaraq insanları müharibəyə səsləyir. Hətta I və II Dünya Müharibələri zamanı da din xadimləri insanları müharibəyə səsləyən çıxışlar etməyib. Görün, II Qaregin nə qədər vəhşət içindədir ki, bütün dini və insani qaydaları pozaraq bu cür çağırış edir.

Adətən, dinlər sülhə, barışığa çağırır, erməni kilsəsi isə daim qan və terrorun arxasında dayanıb və bu gün də o rolu oynayır”.

R.Mobili deyib ki, II Qaregin dini qaydalara zidd olaraq haqq-ədalət prinsiplərini pozmaqla ermənilərə çağırış edir:

“Bu gün Azərbaycan haqq yolundadır, işğal edilmiş torpqalarını azad edir, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü, suverenliyini bərpa etmək yolunda mübarizə aparır. Ermənistan isə burada haqsız tərəfdir, işğalçı və təcavüzkardır. Ermənistanın işğalçı olması beynəlxalq sənədlərdə də öz əksini tapıb. Əlbəttə ki, II Qaregin özü də bunu çox gözəl bilir, lakin o, dini qaydaları kobud şəkildə pozaraq, haqq-ədalətə qarşı çıxaraq insanları haqsız müharibəyə səsləyir. Hesab edirəm ki, dünya din xadimləri II Qareginin bu haqsız və təhrikçi çağırışını ciddi şəkildə pisləməlidir”.
 

# 1222
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar