Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi yad edilib - FOTO
27 oktyabr 2020 16:39 (UTC +04:00)

Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi yad edilib - FOTO

Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin təşkilatçılığı və Avstraliya-Azərbaycan Assosiasiyasının iştirakı ilə Sidney şəhərində Türk Evinin qarşısında Gəncə terroru qurbanlarının anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə soydaşlarımız və dost xalqların nümayəndələri işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror qurbanlarının Türk Evinin önündə yaradılmış xatirə guşəsini ziyarət edib.Tədbir iştirakçıları həlak olanların ruhuna dualar oxuyub və terror qurbanlarının guşədə qoyulmuş şəkilləri önünə gül dəstələri düzüblər.

İştirakçılar Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda apardığı ədalətli mübarizəni dəstəklədiklərini qeyd edərək, işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhədən uzaq Gəncə şəhərini və digər yaşayış məntəqələrini artilleriya atəşinə tutmasını, mülki insanları hədəfə almasını kəskin şəkildə pisləyiblər.

# 751
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar