Pol Poqba Makrona görə Fransa millisindən AYRILDI
26 oktyabr 2020 10:37 (UTC +04:00)

Pol Poqba Makrona görə Fransa millisindən AYRILDI

“Mançester Yunayted”in futbolçusu Pol Poqba Fransa milli komandasındakı karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə Britaniyanın “Sun” nəşri məlumat yayıb.

Bildirilib ki, ulduz futbolçunun bu qərarı almasına səbəb Fransa prezidenti Emmanuel Makronun müsəlmanlarla bağlı dini ayrı-seçkiliyə yol verməsi olub. Ölkə başçısının İslam dini ilə bağlı açıqlamaları Fransadakı müsəlmanların da narazılığına yol açıb.

Qeyd edək ki, 27 yaşlı orta sahə oyunçusu 2013-2020-ci illərdə Fransa yığmasının heyətində 71 oyun keçirib, 10 qola imza atıb.

# 721
avatar

Oxşar yazılar