Bu tarixdən nüvə silahlarını qadağan edən Müqavilə qüvvəyə minir
25 oktyabr 2020 07:12 (UTC +04:00)

Bu tarixdən nüvə silahlarını qadağan edən Müqavilə qüvvəyə minir

Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsi 22 yanvar 2021-ci il tarixində qüvvəyə minəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Nüvə Silahlarının Qadağan Edilməsi Kampaniyası (ICAN) “Twitter” hesabında məlumat yayıb.

Bildirilib ki, Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsi 50 ölkə tərəfindən təsdiqlənib. 

Qeyd edək ki, müqaviləni təsdiqləyən son ölkə Honduras dövləti olub.

 

# 625
avatar

Oxşar yazılar