Bakıda gənc piyada hadisə yerində öldü
25 oktyabr 2020 03:17 (UTC +04:00)

Bakıda gənc piyada hadisə yerində öldü

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

2002-ci il təvəllüdlü Məmməd Vəlişov yolu keçərkən onu minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı Suraxanı Rayonu Polis İdarəsində cinayət işi başlanılıb.

# 814
avatar

Oxşar yazılar