"Fransa jurnalistlərinin erməni lobbisinin təzyqinə məruz qalmasını pisləyirik" - Hikmət Hacıyev
23 oktyabr 2020 15:48 (UTC +04:00)

"Fransa jurnalistlərinin erməni lobbisinin təzyqinə məruz qalmasını pisləyirik" - Hikmət Hacıyev

Fransanın "TF1" telekanalının jurnalistləri erməni lobbisinin təzyiqləri ilə üzləşir.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

"Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın "TF1" jurnalistlərinin erməni lobbisi tərəfindən təzyqilərə məruz qalmasını və təhdid olunmasını kəskin şəkildə pisləyirik. Bu, peşəkar jurnalistikaya və söz azadlığına qarşı hücumdur", - H.Hacıyev bildirib.

# 829
avatar

Oxşar yazılar