Ermənilərdən Fransa TV-sinə təhdid: "Başınızı kəsərik"
23 oktyabr 2020 15:35 (UTC +04:00)

Ermənilərdən Fransa TV-sinə təhdid: "Başınızı kəsərik"

Fransanın TF1 televiziya kanalında cəbhə bölgəsindən yayımlanan eksklüziv reportajı bu ölkədə yaşayan ermənilər arasında böyük rezonans doğrub.

Lent.az-ın məlumatına görə, TF1-in ən populyar “Saat 20:00” xəbərlərində reportaj yayımlandıqdan dərhal sonra Fransanın erməni icması sosial şəbəkələrdə TF1 kanalini və reportajı hazırlayan Liseron Budulu kütləvi təhqir ediblər. Ermənilər Budulun ünvanına təhdidlər yağdırıblar.  Fransa Erməni Təşkilatları Şurasının həmsədri Papazayn TF-1-ə qarşı kütləvi etiraza çağırıb. Vəziyət o həddə çatıb ki, kanalı boykot etməkdən tutmuş, xanım  jurnalisti öldürməyə qədər çağırışlar edilib. 

Ermənilərin kütləvi təhdidindən sonra kanal həmin reportajın linkini saytından yığışdırıb. Bunnula belə kanala qarşı kütləvi aksiyalar davam edir. Erməni icmasının üzvləri TF1 kanalının rəhbəriynindən bəzilərinin başının kəsilməi olduğu barədə belə yazırlar.

Xatırladaq ki, F1 televiziya kanalının jurnalisti Liseron Budul cəbhə bölgəsində olub Onun hazırladığı reportajda əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Əsgərlərimiz Azərbaycan Ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini bildiriblər.

Reportajda əllərində Azərbaycan və Türkiyə bayraqları olan insanların, gənclərin, uşaqların “Qarabağ, Qarabağ” deyərək, bayram əhval-ruhiyyəsində olduqları göstərilib.

Jurnalist yeraltı təbii ehtiyatlarla zəngin olan ölkəmizin güclü ordusunun da olduğunu vurğulayıb.

Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Mülki əhalinin evlərinin, mal-qarasının məhv edildiyi göstərilib, ölənlər və yaralananlardan danışılıb, ermənilərin dinc əhalini fasiləsiz atəşə tutduğu bildirilib.

Jurnalist Ermənistandan birbaşa Gəncənin mərkəzində yaşayış massivinin iki raketlə bombalanmasından danışaraq, dağılmış evləri göstərib. Erməni bombardmanı nəticəsində uşaq və qadın daxil olmaqla 15 nəfərin həlak olduğunu və 50-dən çox dinc sakinin yaralandığını diqqətə çatdırıb.

 

# 877
avatar

Oxşar yazılar