"Jiquli"nin vurduğu piyada öldü
23 oktyabr 2020 11:29 (UTC +04:00)

"Jiquli"nin vurduğu piyada öldü

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 22-də saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmilli kəndi ərazisində Dızaxlı kənd sakini Z.Babaşov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Ramin Dursunzadəni vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qəbələ rayton Polis Şöbəsində araşdırma aparılır.

# 1126
avatar

Oxşar yazılar