121
11:55
22 Oktyabr 2020

Azərbaycan millisi FİFA reytinqində 2 pillə gerilədi

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 1175 xalla 114-cü sırada qərarlaşıb.

Canni de Byazinin yetirmələri ötən ayla müqayisədə 2 pillə geriləyib. 2 xal itirən komandamız Niger və Tailandı özündən qabağa buraxıb.

Bu geriləməyə səbəb komandamızın son uğursuzluqlarıdır. Millətlər Liqasının C liqasının 1-ci qrupunda Monteneqroya 0:2 hesabı ilə uduzan yığmamız ardınca Kiprlə qolsuz heç-heçə edib.

Qardaş Türkiyə millisi 1486 xalla 33-cü pillədədir. Şenol Günəşin yetirmələri bir pillə geriləyib.

Qeyd edək ki, ilk üç pillədə dəyişiklik olmayıb. Belçika (1765), Fransa (1752) və Braziliya (1725) siyahıya başçılıq edir.

Dİgər xəbərlər