Bu, hərbçilərimizin həyatına təhlükə yarada bilər - MN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
20 oktyabr 2020 19:20 (UTC +04:00)

Bu, hərbçilərimizin həyatına təhlükə yarada bilər - MN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ


Müdafiə Nazirliyi bəzi sosial şəbəkə istifadəçilərinə və KİV-ə müraciət edib.  

Lent.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bu gün keçirilən brifinqdə bildirib ki, bəzi sosial şəbəkə istifadəçilərinin əməliyyatlarla bağlı fikirləri hərbi qulluqçuların həyatına təhlükə yarada bilər.

“Biz bir daha sosial şəbəkə istifadəçilərini və KİV-i yalnız Ali Baş Komandanın çatdırdığı məlumatlara və Müdafiə Nazirliyinin yaydığı məlumatlara istinad  etməyə çağırır”, - deyə o bildirib.

A. Eyvazov Müdafiə Nazirliyi adından yeni uğurlar münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

# 640
avatar

Oxşar yazılar