Polis rəisi yaralı əsgərlərimiz iziyarət etdi - FOTO
20 oktyabr 2020 12:19 (UTC +04:00)

Polis rəisi yaralı əsgərlərimiz iziyarət etdi - FOTO

Ürəyi Vətən eşqi ilə döyünən və düşmənin atdığı mərminin partlaması nəticəsində yaralanan oğullardan biri də 30 yaşlı Elvin Qurbanovdur. Xaçmaz rayonunun Aşağı Zeyid kəndində anadan olan Elvin “N” saylı hərbi hissədə xidmət edir. Döyüşün ilk günlərindən bir çox əhəmiyyətli döyüşlərdə mərdliklə döyüşüb, kənd və qəsəbələrin işğaldan azad olunmasında iştirak edib. Ürəyi vətən eşqi ilə döyünən E.Qurbanov oktyabr ayının 6-da torpaqlarımızın işğaldan azad olunması istiqamətində gedən döyüşdə mənfur düşmənin atdığı mərmi nəticəsində yaralanıb. Hazırda xəstəxanada müalicə alır.

DİN mətbuatxidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Xaçmaz rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Həmid Həsənov, şöbənin şəxsi heyəti, eləcə də digər rayon sakinləri Elvin Qurbanova baş çəkiblər. Onlar yaralı əsgərlə fəxr etdiklərini bildirərək, azad olunan torpaqların sevincini yaralı igidlərimizlə birlikdə yaşayırlar. Daha sonra rayon Polis Şöbəsinin əməkdaşları Elvinin rayonun Aşağı Zeyid kəndinə yaşayan ailəsinə baş çəkərək, atası Mürvət kişinin qonağı olublar. Övladlarının mərdliklə vətən uğrunda döyüşündən fəxrlə danışan ataya belə vətənpərvər övlad böyütdükləri üçün təşəkkür edən polislərimiz, onunla fəxr etdiklərini bildiriblər.

Düşmənlə döyüşdə yaralanan digər bir əsgər isə Əlimusa Mehdiyevdir. 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanan igidimiz Vətən müharibəsində iştirak etdiyi üçün öyünür. O da döyüşlərdə qolundan yaralanıb. Yarasının onu qorxutmadığını və heç bir ağrı hiss etmədiyini bildirir. Əksinə nə sual verilirsə gözləri gülür və sevinclə cavab verir: “Qələbə bizimdir!”

Yaralı əsgərlərimizdən ürəkdolusu Qələbə sözünü eşitdikcə hər birimizin ürəyi fərəhlənir və yalnız dilimizə bir söz gəlir: “Eşq olsun Azərbaycanın mərd oğullarına. Yaşasın Müstəqil Azərbaycan!” .

# 1315
avatar

Mehman Nəbiyev

Oxşar yazılar