17:04
18 Oktyabr 2020

Düşmənin Xızıya atdığı "S-300" raketinin qalıqları götürülür - ANAMA

“Bu gün saat 13 radələrində Xızı rayonu ərazisinə S-300 raketinin qalıqlarının düşdüyü barədə məlumat daxil olub. Sitalçay ərazisində "S-300" raketinin qalıqları aşkarlanıb”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

İ. İsmayılov deyib ki, hazırda raketin hissələrinin götürülməsi həyata keçirilir: “Raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub”.

Dİgər xəbərlər