Azərbaycan Prezidenti: "Bayrağımız Xudafərin körpüsündə qaldırıldı" - VİDEO - YENİLƏNİB

Xəbərə video əlavə olunub.

***

Saat: 16:46

Ordumuz Xudafərin körpüsündə üçrəngli bayrağımızı qaldırıb.

Lent.az xəbər verir ki bu barədə prezident İlham Əliyev özünün rəsmi "Twitter" hesabında yazıb:

"Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!".