Düşmənin daha bir PUA-sı məhv edildi - RƏSMİ

Ermənistana məxsus daha bir PUA məhv edilib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, oktyabrın 18-i saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.