19:31
14 Oktyabr 2020

Hidrogenlə işləyən ikimərtəbəli avtobuslar istifadəyə verildi - İLK DƏFƏ

Şotlandiyanın Aberdin şəhərində dünyada hidrogenlə işləyən ilk sərnişin avtobusları istifadəyə verilib.

Lent.az "hightech.fm" saytına istinadən xəbər verir ki, London rəhbərliyi də bu nəqliyyat modellərini tətbiq etməyi planlaşdırır.

Onlar artıq şəhərin ictimai nəqliyyatının bir hissəsinə çevriliblər, bu islahat havanın çirklənməsi ilə mübarizə aparmaq və tullantıları sıfır həddinə çatdırmaq üçün nəzərdə tutulmuş layihənin ilk addımıdır.

Avtobuslar son sınaq mərhələsindədir, amma şəhər sakinləri artıq onlardan istifadə edə bilərlər. Bu avtobuslar bir neçə həftə ərzində şəhərdə hərəkət edəcəklər ki, sürücülər yeni nəqliyyat növünü idarə etməyə vərdiş etsinlər. Bu layihə məqsədi şəhərin iqtisadi və ekoloji aspektlərini daimi yaxşılaşdırmağı hədəfləyən Aberdin şəhər şurasının rəhbərliyi altında həyata keçirilir.

Sözügedən avtobuslar "Wrightbus" şirkəti tərəfindən hazırlanır. 10,8 milyon dollar məbləğində layihə Aberdin şəhər şurası, Şotlandiya hökuməti və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Hər bir avtobusun qiyməti 652 min dollardır. / "ictnews"

Dİgər xəbərlər