11:14
13 Oktyabr 2020

Tramp: "İndi daha güclüyəm, hamını öpəcəm"

ABŞ Prezidenti Donald Trampın günlərdir gözlənilən koronavirus testinin nəticəsi bəlli olub. Həkimi Sin Konley, test nəticəsinin mənfi olduğunu açıqlayıb. Seçki mitinqlərinə qayıdan Tramp, artıq immunitet qazandığını iddia edərək hamını öpəcəyini söyləyib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, həkimi Trampa dəfələrlə edilən koronavirus testi nəticələrinin "mənfi" olduğunu açıqlayıb.

Ağ Ev, həkim Konley tərəfindən Trampın son sağlamlıq vəziyyəti ilə əlaqədar hazırladığı məlumatı mətbuata paylaşıb. Həkim bildirib ki, "Trampın hazırkı vəziyyətinə qərar vermək üçün testlərlə birlikdə, əlavə klinik və laborator məmulatlardan da istifadə etdik" .

Konley testlərinvə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbərliyi nəticəsində Trampın digər insanlara xəstəlik yoluxmayacağına inandıqlarını vurğuladı.

Trump ilk seçki mitinqini testlərinin nəticəsinin "mənfi" olduğunu elan edildikdən qısa müddət sonra keçirdi.

"İndi mənim immunitetim olduğunu söyləyirlər. Bu izdihama tərəf gedəcəyəm. Ora gedib kişiləri, gözəl qadınları, hamını öpəcəm. Böyük bir öpüş verəcəm" deyən Tramp, əvvəlkindən daha güclü olduğunu da qeyd edib.

Trampın mitinqində maskalı olmayanların çoxluğu və sosial məsafə qaydalarına riayət edilməməsi tənqid olunub.

Dİgər xəbərlər