11:07
13 Oktyabr 2020

Ölkənin aparıcı qida şirkətləri “Güc birlikdədir!” dedilər - FOTO

“Azərsun Holdinq” və “Avrora Qrup”un birgə təşkilatçılığı ilə Füzuli rayonunun təmas xəttində yerləşən kəndlərində yaşayan 200 ailəyə ərzaq yardımı paylanılıb. “Güc birlikdədir” şüarı ilə keçirilən layihə çərçivəsində “Azərsun Holdinq” və “Avrora Qrup” nümayəndələri Şükürbəyli və Alxanlı kəndlərinə baş çəkərək sakinlərlərlə görüşüb, gündəlik tələbətlarını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqat bağlamalarını onlara çatdırıb.

Mənfur düşmənin sözügedən kəndləri mütəmadi olaraq ağlır artilleriya və top atəşləri ilə hədəf almasına baxmayaraq, əhalidə böyük ruh yüksəkliyi mövcuddur. “Güc birlikdədir” aksiyasının keçirilməsində əsas məqsədlərdən biri də rəşadətli ordumuzun Qarabağı azad etmək uğrunda apardığı uğurlu əməliyyatlar dövründə atəşə tutulan kənd sakinlərinə yalnız olmadıqlarını, eyni zamanda milli həmrəyliyin güclənməsinin növbəti təzahürünü göstərməkdən ibarətdir. Həmçinin qida sənayesi sahəsində rəqib olan “Azərsun Holdinq” və “Avrora Qrup” şirkətləri bu aksiyasını həyata keçirməklə mövzu Vətən olduqda hər kəsin çiyin-çiyinə dayanaraq Ali Baş Komandanın əsgəri olduğunu nümayiş etdirmək olub.

Füzuli rayonu İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan görüşdə kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə, həm ölkə başçısına, həm də “Azərsun Holdinq” və “Avrora Qrup” rəhbərlərinə dərin təşəkkürünü bildiriblər.

Dİgər xəbərlər