16:53
12 Oktyabr 2020

"Uşaqların qətlə yetirilməsinə haqq qazandırmaq olmaz" - Xorvatiyanın keçmiş baş naziri

2009-2011-ci illərdə Xorvatiyanın baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yadranka Kosor Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

APA-nın xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri.

Biz hazırkı vəziyyəti böyük narahatlıqla izləyirik. Bütün dünyanın ölümcül COVID-19-a qarşı mübarizə apardığı bir vaxtda uşaqların qətlə yetirilməsi və şəhərlərin dağıdılmasına heç nə ilə haqq qazandırmaq olmaz. Bu, bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Biz BMT və digər beynəlxalq təşkilatları daha fəal olmağa, həmçinin öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırırıq.

Cənab Prezident, həmsədrlərimizin rəhbərliyi ilə beynəlxalq hüquq normalarının təşviqi istiqamətində çalışdığımız Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və onun beynəlxalq statusuna göstərdiyiniz bütün dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Məhz bu dəstək sayəsində mərkəzimiz etibarlı və nüfuzlu beynəlxalq təşkilata çevrilib".

Dİgər xəbərlər