08:22
12 Oktyabr 2020

Bakıda 77 yaşlı qadını avtomobil vurub

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı qoca qadın ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Sahil qəsəbəsində baş verib.

1943-cü il təvəllüdlü İsayeva Gülzadə Beydulla qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı təcili təxirəsalınmaz tibbi yardım xidməti vasitəsilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkimlərinin APA -ya verdiyi məlumata görə, G.İsayeva xəstəxanaya sol ayaq və sol əlinin sınığı diaqnozu ilə qəbul edilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Dİgər xəbərlər