05:10
12 Oktyabr 2020

Bakı-Şamaxı şosesində piyadanı avtomobil vurdu

Bakı-Şamaxı avtomobil yolunda piyadanı avtomobil vurub.

APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakının Qaradağ rayonu ərazisində baş verib.

1956-cı il təvəllüdlü Məmmədov Zəbirşah Əhməd oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən avtomobil zərbəsi ilə üzləşib. Yaralı Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.

Dİgər xəbərlər