"Ermənistan bölgədə genişmiqyaslı münaqişə zonası yaratmaq istəyir" - Ərdoğan
08 oktyabr 2020 12:11 (UTC +04:00)

"Ermənistan bölgədə genişmiqyaslı münaqişə zonası yaratmaq istəyir" - Ərdoğan

Qətərdə çıxan "Yarımada" qəzetinə verdiyi müsahibədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağdakı qarşıdurmalarla bağlı dünyaya açıq mesaj verib.

Lent.az  Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan, “Azərbaycan Ermənistanın quldurluqla işğal etdiyi torpaqlarını bir-bir geri alır", - Ərdoğan bildirib.

Türkiyə prezidenti Ermənistanın “bölgədəki münaqişəyə Türkiyənin də daxil olduğu” iftirasına sərt sözlərlə qarşılıq verib. O bildirib ki, Ermənistanın bu cəhdi yaşadığı çarəsizlik və ümidsizliyin isbatıdır.  Ərdoğan vurğulayıb ki, Ermənistanın quldurluqla işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlarda bu vəziyyət 30 ildir davam edir. Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım və vəhşilikləri vurğulayan Ərdoğan beynəlxalq təşkilatların bu qətliamlara səssiz qalmasının Ermənistanı cəsarətləndirdiyini deyib: “Beynəlxalq təşkilatların səssizliyindən cəsarət alan Ermənistan yenə də sivil insanlara qarşı hücumlarını davam etdirirdi. Buna qarşılıq olaraq Azərbaycan hərəkətə keçdi və indi Ermənistanın quldurluqla ələ keçirdiyi torpaqları bir-bir geri alır. Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da “bir millət, iki dövlət” düsturu çərçivəsində haqlı davasında Azərbaycan dövlətinin, xalqının yanındadır. Azərbaycanlı qardaşlarımıza dəstəyimizi bütün imkanlarımızla davam etdirəcəyik.

Erdoğan onu da əlavə edib ki, Dağlıq Qarabağ məsələsi son 30 ildir Qafqazın ən önəmli böhran mövzusudur: “Bu problemin çözülməsi üçün BMT qərarlarının həyata keçirilməsi və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi vacibdir. Hər fürsətdə türk millətinə qarşı hücuma keçən və düşmən mövqeyi sərgiləməkdən geri addım atmayan Ermənistan, bölgədə sülhün, sabitliyin önündəki ən böyük əngəldir. Ermənistanın son işğal cəhdində aldığı ağır məğlubiyyətdən sonra Türkiyəni də münaqişənin içində göstərmək cəhdləri sıxışmasının, ümidsizliyinin isbatıdır. Ermənistanın bu münasibəti bölgədə geniş miqyaslı münaqişə zonası yaratmaq istədiyinin göstəricisidir. Yaşanan son proses kimin həqiqətən barışı dəstəklədiyini ortaya qoydu. Beynəlxalq ictimaiyyəti illərdir tətbiq etdiyi ikili standartlardan imtina etməyə çağırıram. Ermənistanın Azərbaycan ərazisindəki işğalına son qoymaq üçün addımlar atılmalıdır".

 

# 409
avatar

Aygün İbrahimli

Oxşar yazılar