03:16
07 Oktyabr 2020

Türkiyədə son sutkada koronavirusdan 55 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 55 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 112 421 şübhəli koronavirus testindən keçib, onlardan 1551-nin cavabı pozitiv çıxıb, 1229 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1414 nəfər olub.

Türkiyədə ümumilikdə 327 557 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 287 599 nəfər sağalıb, 8553 nəfər ölüb.

Dİgər xəbərlər