13:08
05 Oktyabr 2020

Sürücü maşını maneəyə çırpdı, arvadı öldü

Oktyabrın 4-də saat 15 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini R.Göyüşov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

Lent.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, nəticədə R.Göyüşovun sərnişini, həyat yoldaşı Xanım aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

Dİgər xəbərlər