02:11
28 Sentyabr 2020

Bakıda ağır qəza: Ölən və xəsarət alan var

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Zirə qəsəbəsində qeydə alınıb.

Zirə dairəsində "BMW" və "NAZ" markalı avtomobillər toqquşub. Qəza zamanı "NAZ"-ın sürücüsü hadisə yerində dünyasını dəyişib.

BMW-in sürücüsü 30 yaşlı Ağamaliyev Fərid Zabit oğlu ağır xəsarət alıb. Yaralı ağır xəsarət alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Dİgər xəbərlər