Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı H. Akar bildirib ki, Türkiyə ərazi bütövlüyünün bərpasında Azərbaycanın yanında olacaq.