Suriyanın Türkiyə ilə sərhədində partlayış: 7 nəfər öldü
27 sentyabr 2020 00:12 (UTC +04:00)

Suriyanın Türkiyə ilə sərhədində partlayış: 7 nəfər öldü

Bu gün Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Ras əl-Ayn şəhərində park edilmiş avtomobildə partlayış baş verib. 

APA SANA agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ikisi uşaq olmaqla yeddi mülki şəxs həyatını itirib.

Xatırladaq ki, Ras əl-Ayn şəhərində avqustun 27-də də analoji hadisə baş vermişdi. Partlayış nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

# 1033
avatar

Oxşar yazılar