Deputat: "Peyvənd təqvimimizdə 11 xəstəliyə qarşı tədbirlər uğurla həyata keçirilir"
26 sentyabr 2020 15:00 (UTC +04:00)

Deputat: "Peyvənd təqvimimizdə 11 xəstəliyə qarşı tədbirlər uğurla həyata keçirilir"

“Hər beş ildən bir təsdiq olunan tədbirlər proqramı çərçivəsində peyvənd təqviminə uyğun olaraq dövlət hesabına bu gün bizim peyvənd təqvimimizdə 11 xəstəliyə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir”.

Lent.az xəbər verir ki, bunu deputat Soltan Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda immunlaşdırma proqramında Avropa regionunda qəbul olunmuş bütün beynəlxalq standartlar tətbiq olunur:

“Yoluxucu xəstəliklərin immuproflaktikası proqramı çərçivəsində peyvənd təqviminə uyğun olaraq həyata keçirilən peyvəndlərlə yanaşı, bir sıra digər xəstəliklərin könüllü olaraq əhali tərəfindən peyvənd aparılması istiqamətində hər il Azərbaycanda müxtəlif layihələr həyata keçirilir. Xüsusilə, fəsildən asılı olaraq payız fəslində bir sıra risk qrupları - ahıllar, xüsusi risk qrupunda olan həkimlər, xroniki xəstəliklərdən əziyyət çəkən passientlər arasında fəsil qripinə qarşı peyvənd keçirilir. Bu məhz xüsusi risk qrupuna aid olan insanların tənəffüs orqanı xəstəliklərindən müdafiə olunmasına xidmət edir”.

Deputat S.Məmmədov onu da əlavə edib ki, bu peyvənd tədbirləri korona virusa qarşı mübarizəyə bir dəstəkdir:

“Bu gün dünyanı öz cənginə almış, eyni zamanda Azərbaycanda da ona qarşı mübarizə tədbirləri görülən koronavirus pandemiyası müddətində fəsil qripinə qarşı peyvənd tədbirlərinin həyata keçirilməsi əminəm ki, həm immuproflaktikası proqramı çərçivəsində görülən tədbirlər üçün, həm də bu gün Azərbaycanda uğurla pandemiyaya qarşı görülən mübarizə tədbirlərinə böyük dəstək olacaqdır. Azərbaycanda bu günə qədər çox böyük uğurla keçirilən peyvənd tədbirləri çərçivəsində təmin olunan peyvəndlər mütləq qaydada Ümumdünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir”.

 

 

 

# 1663
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar