Ermənistanda koronavirusdan ölənlərin sayı artdı
25 sentyabr 2020 13:09 (UTC +04:00)

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

Ermənistanda son sutka ərzində 392 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 48643 nəfərə çatıb.

Son sutkada Ermənistanda koronavirusdan 2 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 947 nəfərə çatıb. 

# 892
avatar

Oxşar yazılar