Evində köməksiz qalan şəxsin meyiti tapıldı
25 sentyabr 2020 09:08 (UTC +04:00)

Evində köməksiz qalan şəxsin meyiti tapıldı

Bakıda evdən meyit tapılıb.

Lent.az FHN-in rəsmi saytına istinadla bildirir ki, paytaxtın Nərimanov rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Əliyev Fazil Əmir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

# 1114
avatar

Mehman Nəbiyev

Oxşar yazılar