11:46
24 Sentyabr 2020

Ebru Gündeşə ağır itki üz verdi

Türkiyəli müğənni Ebru Gündeşə ağır itki üz verib.

Lent.az -ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçının atası Remzi Gündeş 76 yaşında vəfat edib. 4 yaşında onu tərk etdiyi üçün illərdir atası ilə küsülü olan Ebru onun ölümünü bir neçə gün gizlədib. O, atasını iki yaxını ilə gizlicə dəfn etdirib.

İstanbulun Bakıröy səmtində köhnə əşyalar satdığı mağazasında yaşayan Remzi Gündeş uzun müddət serroz xəstəliyindən əziyyət çəkirmiş.

Dİgər xəbərlər