Maşın traktorla toqquşdu: ölən var
23 sentyabr 2020 18:42 (UTC +04:00)

Maşın traktorla toqquşdu: ölən var

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb. Traktorla "Mercedes" markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb və bir neçə nəfər ağır yaralanıb.

Xəsarət alanlar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 

Hazırda ölən və yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

# 1849
avatar

Oxşar yazılar