Quldurluq edən keçmiş məhkum saxlanıldı
22 sentyabr 2020 19:22 (UTC +04:00)

Quldurluq edən keçmiş məhkum saxlanıldı

Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə müraciət edən Balaxanı qəsəbə sakini A.Şahgəldiyev sentyabrın 20-də qəsəbə ərazisində 5 nəfərin onu döyərək “Niva” markalı avtomobilini aldıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Hüseynov saxlanılıb, avtomobil sahibinə qaytarılıb.

Sabunçu rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 1447
avatar

Oxşar yazılar