12:36
21 Sentyabr 2020

Bakıda qatar piyadanı vurub öldürdü

Sentyabrın 19-da Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində Maarif Şükürovu elektrovozun vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon Prokurorluğundan Lent.az -a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla piyada Maarif Şükürovun Səngəçal-Qaradağ dəmir yolu xəttinin Sahil qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən elektrovozla vurularaq aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

​Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Dİgər xəbərlər