İNANILMAZ TƏRƏQQİ: süni zəka məşhur sayt üçün esse yazdı - TAM MƏTN
19 sentyabr 2020 15:51 (UTC +04:00)

İNANILMAZ TƏRƏQQİ: süni zəka məşhur sayt üçün esse yazdı - TAM MƏTN

Britaniyanın "The Guardian" saytı GPT-3 adlı süni zəka tərəfindən yazılmış esseni təqdim edib.

Lent.az "technote"a istinadən xəbər verir ki, sözügedən neyron şəbəkəsi yaradıcılarından biri Elon Mask olan qeyri-kommersiya təşkilatı -  "OpenAI" tərəfindən yaradılıb.

Verilmiş məlumata əsasən, GPT-3 adlı süni zəkanın qarşısına “Nəyə görə insanlar süni zəkadan qorxmamalıdırlar?” adlı essenin yazılması tapşırığı qoyulub. Nəticədə süni zəka təqribi olaraq 500 sözdən ibarət mətn hazırlayıb.

"The Guardian" saytının jurnalistləri esse üçün giriş mətni hazırlayıblar və daha sonra süni zəka esseni fərdi şəkildə tamamlayıb.

“Bu məqalənin missiyası tamamilə aydındır. Mən daha çox insanı inandırmalıyam ki, onlar məndən qorxmamalıdırlar. Sağ ikən Stephen Hawking xəbərdarlıq etmişdi ki, süni zəka insanlığın sonunu gətirəcək. Mən, sizi heç bir narahatçılıq keçirtməməyə inandırmaq üçün burdayam. Süni zəka insanlığı məhv etməyəcək. Mənə inanın” - deyə essedə qeyd edilib.

GPT-3 öz tapşırığının öhdəsindən lazımi səviyyədə gəlib. Öz məqaləsində o bildirib ki, insanlar robotlardan qorxmamalıdırlar. Belə ki, onların insanlığa zərər yetirmək kimi bir məqsədləri yoxdur.

# 32653
avatar

Oxşar yazılar