Qadını şantaj edən saxlanıldı
18 sentyabr 2020 13:24 (UTC +04:00)

Qadını şantaj edən saxlanıldı

Bərdə rayon Polis Şöbəsinə bu il avqustun 23-də rayon sakini olan bir qızın video və şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək ondan 1000 manat pul tələb edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az- verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Hüseynbəyli kənd sakini C.Qasımov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

# 1765
avatar

Mehman Nəbiyev

Oxşar yazılar