Qlobal iqtisadiyyat 5 ilə bərpa olunacaq - PROQNOZ
17 sentyabr 2020 14:14 (UTC +04:00)

Qlobal iqtisadiyyat 5 ilə bərpa olunacaq - PROQNOZ


Dünya iqtisadiyyatının yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən yaranan böhrandan bərpası 5 il çəkə bilər.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Dünya Bankının baş iqtisadçısı Karmen Reynhart (Carmen Reinhart) deyib.

"Karantinlə əlaqədar bütün məhdudlaşdırıcı tədbirlərin ləğvi fonunda olduqca sürətli bir sıçrayış olacaq, lakin tam bərpa 5 ilə qədər davam edəcək", - deyə iqtisadçı bildirib.

Eyni zamanda, K. Reynhart böhrandan sonra dünyada yoxsulluq səviyyəsi son 20 ildə ilk dəfə artacağını gözləyir.

İqtisadçının fikrincə, pandemiyanın yaratdığı böhran dünyadakı bərabərsizliyi artıracaq: "Əhalinin ən kasıb təbəqəsi zəngin ölkələrdə böhrandan daha çox əziyyət çəkəcək, kasıb ölkələr isə zəngin ölkələrə nisbətən daha çox zərər görəcək".

Qeyd edək ki, Dünya Bankı iyun ayında 2020-ci ildə dünya iqtisadiyyatını İkinci Dünya müharibəsindən bəri rekord səviyyədə azalacağını proqnozlaşdırıb – 5,2%. Halbuki hələ cari ilin yanvar ayında bank qlobal ÜDM-in 2,5% artacağını gözləyirdi.

# 1807
avatar

Oxşar yazılar