1522
13:05
17 Sentyabr 2020

Qayınata kürəkənini güllələdi

Sentyabrın 15-də saat 2 radələrində Buzovna qəsəbəsində qəsəbə sakini Ç.Rəhimov xuliqanlıq zəminində pnevmatik tüfənglə atəş açaraq, kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirib.

DİN mətbuat xidmətindən Lent.az -a bildirilib ki, bu barədə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Əməliyyat tədbirləri nəticəsində Ç.Rəhimov saxlanılıb, ondan “Qamo” markalı pnevmatik tüfəng və 42 ədəd patron (pnevmatik) götürülüb.

Dİgər xəbərlər