754
10:20
17 Sentyabr 2020

Maskalılar evə basqın etdi: yaralılar var

Astarada ailə maskalı şəxslərin hücumuna məruz qalıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında rayonun Təngərüd kəndində qeydə alınıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Abdullayevlər ailəsinin 3 üzvü daxil olub. Bunlar, Təngərüd kənd sakinləri 76 yaşlı Seyran Seyfulla oğlu Abdullayev, 42 yaşlı Bəsirə Səfər qızı Abdullayeva və 20 yaşlı Emral Seymur oğlu Abdullayevdir. Onlardan baba və nəvə - S.Abdullayev və E.Abdullayev Reanimasiya şöbəsinə yerləşdiriliblər. Ailənin iddiasına görə, evə maskalı şəxslər hücum edib.

Faktla bağlı araşdırma aparılır.