3673
14:11
16 Sentyabr 2020

Azərbaycandan külli miqdarda dollar çıxarılmasının qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın bəyan edilmədən Azərbaycanın gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Lent.az -a verilən məlumata görə, Bakı-Dubay aviareysi ilə gedən Gürcüstan vətəndaşı saxlanılıb.

Sərnişin gömrük nəzarəti zonasına daxil olarkən valyutanı gömrük orqanına əvvəlcədən şifahi, elektron və ya yazılı formada bəyan etməyib.

Ona məxsus əl çantası rentgen aparatından keçən zaman monitorda şübhəli predmetlərin təsvirləri müşahidə edildiyindən, çantaya təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı əl çantasının ciblərində, gömrük nəzarətinə bəyan edilməyən 53 000 dollar aşkar edilib.

Dİgər xəbərlər