1611
17:32
14 Sentyabr 2020

Şagirdlər əyani dərslərə regiondan asılı olaraq belə gələcək

Şagirdlər əyani dərslərdə regiondan asılı olaraq həftədə 2 və ya 3 dəfə iştirak edəcək.

Lent.az -ın məlumatına görə, bu barədə təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə ünvanladığı məktubda bildirilib.

Məktubda qeyd edilib ki, onların gün ərzində dərs saatı sinifdən asılı olaraq 3-5 saat arasında dəyişəcək. Ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarında həftəlik dərs saatlarının əyani və distant (məsafədən) formalarda tədrisinin bölgüsü verilir.

Bu tədris planlarına uyğun olaraq ümumi təhsilin bütün səviyyələri üzrə dərslərin həm əyani formada məktəbdə sinif otağında təşkil ediləcəyi, həm distant formada “Virtual məktəb” platforması üzərindən Microsoft Teams proqramı vasitəsilə keçiriləcəyi, həm də Təhsil Nazirliyi tərəfindən teledərslərin təqdim ediləcəyi barədə təhsil iştirakçılarına ətraflı məlumat verilməlidir. Məktəb rəhbərliyi sinif rəhbərlərinin və müəllimlərin iştirakı ilə əyani və distant tədrisin cədvəllərini hazırlamalı, bu barədə valideynləri və təhsilalanları məlumatlandırmalı və təsdiq edilmiş cədvəl əsasında tədris prosesini təşkil etməlidir.

Uyğunlaşdırılmış tədris planlarında əyani formada tədrisə ayrılmış saatlar tam sinif komplekti üçün nəzərdə tutulub.

Dİgər xəbərlər