1414
17:09
14 Sentyabr 2020

Məktəblərdə tənəffüs qaydaları: Şagirdlərə nə qadağandır?

“Tədrisdə növbəlilik tətbiq olunur və növbələr arasında tədris otaqlarında, dəhlizlərdə və sanitariya qovşaqlarında təmizlik və dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə nəzərdə tutulur”.

Lent.az xəbər verir ki, bu sözləri Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib. Onun sözlərinə görə, dərslərarası fasilələr 10 dəqiqədən az olmayaraq müəyyən edilir:

“Fasilələrdə təhsilalanların imkan daxilində təmiz havada olması təmin edilir. Dəhlizlərdə və həyətyanı sahədə sıxlığı azaltmaq məqsədilə tənəffüslərin vaxtı fərqli qrafikə uyğun tənzimlənir.

Fasilə müddətində tədris otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılır və sinif otaqlarının havası mütəmadi dəyişdirilir. Hər bir sinfin (qrupun) bütün dərs günü ərzində istifadəsi üçün bir sinif otağı və ya kabinet müəyyən edilir. Kimya, fizika, biologiya kabinetləri və digər müvafiq otaqlardan növbəli istifadə zərurəti olduqda, həmin kabinetlərdə (otaqlarda) növbəti dərs saatı bütün səthlərin dezinfeksiyasından və otaqda hava mübadiləsi təmin edildikdən sonra başlanılır. Ümumi təhsil müəssisələrində şagirdlərin maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir. Ancaq şagirdlərin məktəblərə daxil olarkən və müəssisə daxilində sosial məsafəni gözləməsinə, şəxsi gigiyena qaydalarına əməl etmələrinə nəzarət olunur.

Dərs müddətində hər bir şagird onun üçün müəyyənləşdirilmiş yerdə oturur, digərlərinin əşyalarına toxunmur”.

Dİgər xəbərlər