1582
15:34
10 Sentyabr 2020

Keçən ilin ən populyar ixtisası açıqlandı

“Keçən ilin ən populyar ixtisası Maliyyə olub”.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, sözügedən ixtisas 10-dan çox ali təhsil müəssisəsində tədris olunur:

“Maliyyə ixtisası üçün ən yüksək bal (643) tədrisi ingilis dilində olan Azərbaycan Dövlət İqtisad Universitetində olub. Ən aşağı keçid balı isə Azərbaycan Dövlət Aqrar Universitetində olub (200 bal)

Keçən il Maliyyə ixtisasına dövlət sifarişli yerlər 160 idi. Minimal keçid balı isə 604 bal oldu. Ödənişli üçün isə 200 balla da mümkün oldu. Seçim hər kəsin özündən aslıdır".